Kanalizasiyanın üstündə ev tikiblər, çuxur yaranıb - Uşaqların həyatı təhlükədə -VİDEO
17 dekabr 2025 14:46 (UTC +04:00)

Kanalizasiyanın üstündə ev tikiblər, çuxur yaranıb - Uşaqların həyatı təhlükədə -VİDEO

0

Xətai Rayonu, Köhnə Günəşli qəsəbəsi, Zeytun küçəsi 118 b və 134 ünvanlarında yağışlardan sonra evin həyətyanı sahəsində iri çuxur əmələ gəlib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müraciət etsələr də, hələ də problemlə maraqlanan qurum olmayıb. Azyaşlı uşaqlar həyətdə oynadığı üçün onlar məsələdən daha da narahat olmağa başlayıblar.

Maraqlısı budur ki, kanalizasiya kollektoru olan ərazidə ev tikilib, bundan əlavə də, həmin kollektorun üzərində beton qat yox, birbaşa torpaq örtüyü var.

Lent.az-ın sorğusuna Xətai Rayon İcra Hakimiyyətindən bildirdilər ki, məsələdən xəbərdardılar:

“Çuxurun altından kanalizasiya borusu keçdiyi üçün əraziyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti baxış keçirməlidir”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən isə qeyd olundu ki, qeyd olunan ünvandan diametri 1000 mm olan tullantı su kollektoru keçir:

"Kollektorun üzərində yaşayış evlərinin tikilməsi şəbəkənin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Hazırkı vəziyyətdə evlərin şəbəkənin üzərində yerləşməsi kollektorun təmiri və bərpasına imkan vermir. Rayon sukanal idarəsi əraziyə baxış keçirib, mövcud vəziyyət dəyərləndirilib. Həmçinin ünvana gələn Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və rayon sukanal idarəsinin iştirakı ilə vəziyyətlə bağlı akt tərtib olunub. Məsələ ilə bağlı müvafiq qurumlara Xidmət tərəfindən rəsmi müraciətlər ünvanlanıb". 

Qeyd edək ki, bu ilin iyun ayında Bakıda torpaq çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya kollektoruna düşərək vəfat etmişdi. Hadisə yerindəki şahidləri danışdırdıqdan sonra isə öyrənmişdik ki, həmin çuxura düşən təkcə Cümşüd olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar