Kişilər hansı halda boşana bilməzlər? - CAVAB
03 iyun 2025 16:11 (UTC +04:00)

Kişilər hansı halda boşana bilməzlər? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti kişinin hansı hallarda boşana bilməməsi ilə bağlıdır. 

Lent.az xəbər verir ki, Ailə Məcəlləsinin 15-ci maddəsi ilə arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmasına məhdudiyyət qoyulur:

Uşağın ölü doğulması da, qanunun müddətinə təsir etmir:

“Ailə Məcəlləsinin 15-ci maddəsinin tələbinin uşağın 1 yaşına çatanadək ölməsi halına şamil olunub-olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, arvadın razılığı olmadan ər uşağın doğulmasından sonra 1 il müddətində nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qanunun müəyyən etdiyi 1 il müddətində məhdudiyyət uşağın bir neçə aydan sonra ölməsi faktı ilə əlaqələndirilmir və onun ölümü də 1 illik müddəti aradan qaldırmır” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982

Oxşar yazılar