Koronavirusa yoluxma statistikası
09 dekabr 2020 14:38 (UTC +04:00)

Koronavirusa yoluxma statistikası

Koronavirus statistikası: 4403 nəfər yoluxdu, 2919 nəfər sağaldı, 42 nəfər vəfat etdi

0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4403 yeni yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 855

Oxşar yazılar