Koronavirusdan  ölən var,   yoluxanlar 50-yə çatır -  SON STATİSTİKA
05 iyul 2022 16:36 (UTC +04:00)

Koronavirusdan ölən var, yoluxanlar 50-yə çatır - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, 9 718 nəfər vəfat edib, aktiv xəstə sayı 25 nəfərdir.

Ölkədə son sutka ərzində 2 403, hazırkı dövrədək isə 6 974 930 test aparılıb.

# 2586
avatar

Oxşar yazılar