Koronavirusla bağlı  SON STATİSTİKA
07 yanvar 2022 16:34 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 537 nəfər müalicə olunaraq sağalıb, 8 431 nəfər vəfat edib, aktiv xəstə sayı 7081 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 139, ötən müddət ərzində isə ümumilikdə 5 922 366 test aparılıb.

# 1566
avatar

Oxşar yazılar