Laçın-Xankəndi yolu: Aksiyanın 108-ci günü   
29 mart 2023 08:36 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyanın 108-ci günü   

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdirib. Bu gün də Azərbaycan Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. 

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.
 

# 1473
avatar

Oxşar yazılar