Lisey və gimnaziyalara qəbul qaydaları DƏYİŞDİ
12 oktyabr 2022 12:40 (UTC +04:00)

Lisey və gimnaziyalara qəbul qaydaları DƏYİŞDİ

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib.

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliklər aşağıdakılardan ibarətdir:

Lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq;

Tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq;

Lisey və gimnaziyalara qəbul, təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq;

Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında,  imtahan isə iyun ayında təşkil ediləcək.

Qeyd edək ki, artıq bir neçə ildir lisey və gimnaziyalara qəbul imtahanları mərkəzləşmiş qaydada aparılır. Belə ki, şagirdlər qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak edir və sonda nəticələrinə uyğun olaraq lisey və ya gimnaziya seçimi edirlər.

Cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyaya qəbul da mərkəzləşmiş qaydada təşkil edilib. Sözügedən imtahanlarda iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib və 2638 şagird uğur qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13154

Oxşar yazılar

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

3 may 2025 , 15:16
Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

3 may 2025 , 14:21
Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59