Liseydə güllələnən müəllimin FOTOSU
06 fevral 2026 11:39 (UTC +04:00)

Liseydə güllələnən müəllimin FOTOSU

0

İdrak Liseyində şagirdi tərəfindən güllələnən müəllimin kimliyi bilinib.

Lent.az xəsarət alan həmin müəllimin fotosunu əldə edib.

Məlumata görə, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.

O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib.

Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.

Liseyin 10-cu sinif şagirdi olan ov tüfəngi ilə riyaziyyat müəllimi 29 yaşlı Şəhla Kamilovanı güllələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar