Müəllimini güllələyən  şagirdi hansı cəza gözləyir? - Atası da  cəzalana bilər
06 fevral 2026 13:02 (UTC +04:00)

Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir? - Atası da cəzalana bilər

2

Xəbər verdiyimiz kimi, Bakıda “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib.

Bəs görəsən, yeniyetməni bu əməlinə görə hansı cəza gözləyir? Silah atasına məxsus olduğu üçün ona da cəza verilə bilər?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, əgər hadisə qəsdən törədilibsə, o halda yeniyetməni ən çox 10 il həbs cəzası gözləyir:

Şamil Paşayev

"Yetkinlik yaşına çatmayan şəxsin törətdiyi hadisə istintaqın gedişatında ehtiyatsızlıqdan və yaxud qəsdən edildiyi müəyyən olunacaq. Əgər hadisə qəsdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 29, 120.1 və ya 120.2-ci maddəsinin müxtəlif bəndləri ilə, yəni qəsdən adam öldürməyə cəhd ilə ittiham oluna bilər. Hadisə ehtiyatsızlıqdan törədildiyi halda isə prokurorluq orqanları məlumat verəcəklər. Uşağın yaşı 14-dən yuxarıdırsa, onu ən çox 10 il azadlıqdan məhrumetmə cəzası gözləyə bilər”.

Ş.Paşayev qeyd edib ki, silahın sahibini də cəza gözləyə bilər:

"Hadisənin hansı silahla törədildiyi aydınlaşdırılmalıdır. Əgər silah ov tüfəngidirsə, bu halda onun yivli, yoxsa yivsiz olduğunu bilmək lazımdır. Yivli və sənədsiz olarsa, qanunsuz od silahı saxlamaq, daşımaq, gəzdirmək və başqa şəxsə vermək məsələsi ilə silah sahibi məsuliyyətə cəlb oluna bilər. Odlu silah yivli olduqda, cinayət məsuliyyətinə, yivsiz olsa, inzibati məsuliyyətə cəlb olunacaq.

Həmçinin qeyd edim ki, Cinayət Məcəlləsinin 230-cu maddəsinə əsasən, odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1150

Oxşar yazılar