Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANDI
10 avqust 2022 12:13 (UTC +04:00)

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANDI

2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Lent.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 4-8 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

# 2217
avatar

Aytəkin Cəlali

Oxşar yazılar