Naxçıvanda nazir əvəzi təyinatı olub
08 sentyabr 2023 10:44 (UTC +04:00)

Naxçıvanda nazir əvəzi təyinatı olub

Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib. O, həmçinin nazir vəzifələrini icra edəcək.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

O, bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.

# 12000
avatar

Oxşar yazılar