Oqtay Şirəliyevlə vida mərasimi keçirilir
04 oktyabr 2025 11:21 (UTC +04:00)

Oqtay Şirəliyevlə vida mərasimi keçirilir

0

Təzə Pir məscidində sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilir.

Lent.az APA-ya istinadla xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Sabiq nazir "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Oqtay Şirəliyev dünən axşam saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən vəfat edib.

Qeyd edək ki, o 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar