“Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır”.
Lent.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib: “Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.
Prezident İlham Əliyev qeyd edib ki, müharibə dövründə Ermənistanın rəsmi orqanları çoxsaylı yalan məlumatlar yayıb: “Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı”.

Prezident İlham Əliyev, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
Prezident: "Bu, Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı"
Oxşar yazılar

Dəfn zamanı ölənin alnından öpmək təhlükəlidir – XƏBƏRDARLIQ
2 avqust 2025 , 14:25Sabah çimərliklərdə suyun temperaturu çox yüksək olacaq - PROQNOZ
2 avqust 2025 , 13:23
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
2 avqust 2025 , 12:05
Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
2 avqust 2025 , 11:11
Bakıda hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
2 avqust 2025 , 11:02
Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02