Prezident seçkisi günü iş olmayacaq
07 dekabr 2023 13:23 (UTC +04:00)

Prezident seçkisi günü iş olmayacaq

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq.

Lent.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Beləliklə, 2024-cü il fevralın 7-si - çərşənbə günü qeyri-iş günü olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.

# 5448
avatar

Oxşar yazılar