"Qarabağdakı vətəndaşlara ev yox, pul verilsin" -  Memarlar işsiz qalmayacaq
02 iyun 2025 14:09 (UTC +04:00)

"Qarabağdakı vətəndaşlara ev yox, pul verilsin" - Memarlar işsiz qalmayacaq

Ötən günlərdə Milli Məclisin deputatı Razi Nurullayev Qarabağda vətəndaşlara öz evlərini tikmək üçün maliyyə ayrılması təklifi ilə gündəmə gəlmişdi. O təklifində minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılmasını və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsini vurğulamışdı. Deputatın sözlərinə görə bu addım dövlət üçün də daha ucuz başa gələr. 

Bəs görəsən, bu addımın atılmasının hansı müsbət tərəfləri ola bilər?

Lent.az-a açıqlamasında şəhərsalma memarı, professor Cahid Həsənov qeyd edib ki, bu təklif reallaşarsa, çox müsbət nəticələr doğuracaq:

“Mən, nəhayət bu təklifi eşitdiyim üçün məmnun oldum. Qarabağ sakinlərinə ev tikmək üçün pul ayrılarsa, yüzlərlə minlərlə memarlarımız, dizaynerlirimiz, mühəndislərimiz işlə təmin oluna bilər. Həmin ərazilərdə özəl tikililər olarsa, layihə daha da gözəlləşər".

Memar qeyd edib ki, evləri plana düşən şəxslərə verildiyi kimi Qarabağa köçəcək şəxslərə də kompensasiya verilə bilər: 

“Bir-birindən fərqli, rəngarəng, eyvanlı və ya terraslı, şüşəbəndli və ya vitrinli,  klassik, ənənəvi formada evlər tikmək olar”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850

Oxşar yazılar