Qaxa 7 sm qar yağıb
01 aprel 2023 09:35 (UTC +04:00)

Qaxa 7 sm qar yağıb

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, bölgədə 3 dərəcə şaxta qeydə alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, son iki gündür ölkənin şimal-qərb bölgəsində yağışlı və qarlı hava şəraiti hökm sürür, havanın hərarəti mənfi 3 dərəcəyə qədər aşağı düşüb. Martın 31-dən aprelin 1-ə keçən gecədən başlayaraq bölgənin dağ və dağətəyi kəndlərinə fasilələrlə qar yağıb.

Bölgədə qar ən çox dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Qax rayonu Sarıbaş kəndinə yağıb. Bu gün səhər saatlarında kənddə qarın hündürlüyü 7 sm olub, 3 dərə şaxta qeydə alınıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

# 2439
avatar

Oxşar yazılar