Qusarda şəhid Vüsal Orucov dəfn olunub-FOTO -YENİLƏNİB
01 oktyabr 2023 11:54 (UTC +04:00)

Qusarda şəhid Vüsal Orucov dəfn olunub-FOTO-YENİLƏNİB

Şəhid hərbi qulluqçumuz Vüsal Orucov dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, onun nəşi Qusar rayonunun Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

***

10:35

Ötən gün Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Vüsal Orucovun nəşi doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hazırda şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir.

2005-ci il təvəllüdlü Vüsal Orucov 11 aprel 2023-cü ildə hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.

Qeyd edək ki, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5829
avatar

Oxşar yazılar