Sabah aramsız yağış  yağacaq, şimşək çaxacaq - PROQNOZ
20 aprel 2024 12:00 (UTC +04:00)

Sabah aramsız yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Aprelin 21-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

# 9795
avatar

Oxşar yazılar

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14