Sabah Bakıya yağış yağacaq - PROQNOZ
13 iyun 2023 12:11 (UTC +04:00)

Sabah Bakıya yağış yağacaq - PROQNOZ

2

İyunun 14-ə olan hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 15424

Oxşar yazılar