Sabah bu rayonların  QAZI KƏSİLƏCƏK
17 oktyabr 2022 18:36 (UTC +04:00)

Sabah bu rayonların QAZI KƏSİLƏCƏK

0

Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində planlı təmir işləri ilə əlaqədar, oktyabrın 18-də saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Yastı Meşə” ölçü qovşağından, “Sarıtəpə”, “Morul”, “Zəhmət” QTM-lərdən, “Çənlibel”, “Gədəbəy”, “Zəyəm”, “Alakol”, “Qovlar”, “Dondarquşçu” QPS-lərdən  qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3565

Oxşar yazılar