Sabiq polis rəisi KİTAB YAZDI:  "Balta qan içində idi"
13 aprel 2022 15:37 (UTC +04:00)

Sabiq polis rəisi KİTAB YAZDI: "Balta qan içində idi"

Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayevin yeni kitabı işıq üzü görüb.

Lent.az xəbər verir ki, polis polkovnikinin yeni kitabı “Qanlı hekayətlər” adlanır. 

Kitabda Azərbaycanda qeydə alınan ağır və xüsusilə ağır cinayətlərdən bəhs olunur və həmin hadisələr oxuculara sənədli hekayələr formasında təqdim edilir.  

Sabiq rəisin yeni kitabında 90 hekayət var. Hər bir hekayətdə real hadisələrdən bəhs olunur.

Kitabda "Qəddarlıq", "Balta qan içində idi", "Surqutdan gələn ölüm", "Atəş  səsi meşədən gəlirdi", “Polis paqonundakı ulduz işığı” və.s səs-küylü cinayətlər qələmə alınıb.  

"Qanlı hekayətlər" müəllifin sayca üçüncü kitabıdır. Bu kitab Azərbaycan polisinin respublikada törədilən cinayətlərin açılmasındakı fəaliyyətini işıqlandıran sənədli hekayətlər toplusudur. Hekayətlərin hər birində zərərçəkmişin də, təqsirləndirilən şəxsin də, hadisələrin baş verdiyi bəzi qəsəbə və kəndlərin də adları etik norma daxilində şərti olaraq verilib. Lakin bununla belə cinayətlərin "isti izlər"lə açılmasında və təqsirləndirilən şəxslərin operativ şəkildə tapılıb tutulmasında iştirak edən polislərin adları və vəzifələri olduğu kimi dəqiqliklə göstərilib. 

Müəllif qeyd edir: “Daxili İşlər Nazirliyinin mətbuat xidmətində, daha doğrusu nazirliyin mətbu orqanı olan “Mübariz keşikdə” qəzetində müxbir və sonradan qəzetin informasiya bölməsinin rəisi kimi fəaliyyət göstərdiyim illərdə qələmə aldığım hekayələrdən ibarət bu toplumu dövlətinə, xalqına və prezidentinə daim sadiq olan Azərbaycan polisinin şərəfli adına ünvanlayıram”.

Qeyd edək ki, R. Qarayev uzun 37 il daxili işlər orqanlarında çalışıb. Polis orqanlarında mühüm postlar tutan R.Qarayev 2021-ci ildə Daxiuli İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  

R.Qarayev 2007-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilib.

# 4791
avatar

Mehman Nəbiyev

Oxşar yazılar