Ucarda  çörək qıtlığı yaranıb - VİDEO
07 mart 2022 15:42 (UTC +04:00)

Ucarda çörək qıtlığı yaranıb - VİDEO

Bölgədəki küləkli hava Ucarda çörək qıtlığına səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, son 2 gündə rayonda axşam saatlarında çörək qıtlığı yaşanır.

Sakinlərin dediyinə görə,  rayon ərazisində hava şəraiti dəyişən kimi axşam saatlarına doğru dükanlarda çörək tapmaq müşkülə çevrilir. Onların sözlərinə görə, bunun səbəbi odur ki, rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində problem olduğu üçün sakinlər çörəyi bişirməkdən imtina edib, dükandan alırlar. Sakinlər deyir ki, israfçılıq olmasın deyə çörəyi az alırıq, vay o günə ki, axşam evə qonaq gələ və ya çörəyin gün ərzində çatmaya hansı dükana gedirsən deyirlər ki, çörək qurtarıb. Səbəb kimidə gün ərzində əvvəlki günlərə nisbətən satışın artıq olduğu göstərilir.

Rayonda fəaliyyət göstərən çörək sexlərinin rəhbərləri şifahi olaraq bildirdilər ki, biz sifariş əsasında gün ərzində normaya uyğun çörək bişiririk. Hazırda sakinlərin alıcılıq qabiliyyəti artdığı üçün sifarişlər tələbatı ödəmir.

Onu da bildirdilər ki, çörək qıtlığı axşam saatlarında yaşandığı üçün həmin saatlarda çörək bişirib çatdırmaq mümkün olmur. Sifariş vaxtında verilsə bu problem aradan qalxar.  


 

# 3045
avatar

Sevinc Fərid

Oxşar yazılar