Universitetlərə qəbul üçün keçid balları  AÇIQLANDI
17 avqust 2021 13:15 (UTC +04:00)

Universitetlərə qəbul üçün keçid balları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul üçün keçid balları ilə bağlı açıqlama yayıb.

Mərkəzdən Lent.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır:

"Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır".

Qeyd olunub ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları dərc edilib.

Jurnalları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8638

Oxşar yazılar

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

3 may 2025 , 15:16
Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

3 may 2025 , 14:21
Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59