Xaricdə təhsil alan 62 nəfərin diplomu TANINMADI
07 oktyabr 2022 10:34 (UTC +04:00)

Xaricdə təhsil alan 62 nəfərin diplomu TANINMADI

Sentyabr ayı üzrə 310 müraciətçinin 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Lent.az-a verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 98, Türkiyə Respublikasından 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

# 1386
avatar

Oxşar yazılar

Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
FHN-in xilasetmə əməliyyatı-VİDEO

FHN-in xilasetmə əməliyyatı-VİDEO

4 dekabr 2022 , 11:23
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16
® "Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

®"Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

3 dekabr 2022 , 12:44