
100 mindən çox yumurta məhv edildi
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.
Baxış keçirilərkən 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, agentlik əməkdaşları normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edib.
Oxşar yazılar

Uşaqların çimərliklərdə infeksion xəstəliklərə yoluxması məsələsinə RƏSMİ CAVAB
6 avqust 2025 , 15:08Sabah çimərliklərdə suyun hərarəti 30 dərəcəni keçəcək - PROQNOZ
6 avqust 2025 , 14:44
Qadınlara açıq-aşkar nifrət yağdıranları hansı CƏZA GÖZLƏYİR? - Hüquqşünasdan CAVAB
6 avqust 2025 , 14:14
Hava ilə bağlı ŞAD XƏBƏR: Temperatur bu tarixdən enəcək
6 avqust 2025 , 13:02
Lənkəranda internatı söküb yerində mərkəz tikirlər? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
6 avqust 2025 , 12:52
Sabah da nəfəsimizi kəsən isti olacaq - hava PROQNOZU
6 avqust 2025 , 12:24
Kamran Əliyevdən YENİ TƏYİNAT
6 avqust 2025 , 12:07