11 rayonda qaz olmayacaq
10 oktyabr 2014 10:24 (UTC +04:00)

11 rayonda qaz olmayacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 12:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 13:00 - dək Binəqədi rayonunun bir hissəsinə, saat 14:00 - dək Yasamal rayonunun bir hissəsinə, saat 15:00 - dək Xaçmaz rayonunun bir hissəsinə, saat 12:00 - dan 16:00 - dək Şamaxı rayonunun bir hissəsinə, saat 14:00 - dan 16:00 - dək Xətai rayonunun bir hissəsinə, saat 18:00 - dək Ucar və Zərdab rayonlarına, saat 19:00 - dək isə Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar