33 İran vətəndaşı ölkəsinə təhvil veriləcək
22 fevral 2013 00:27 (UTC +04:00)

33 İran vətəndaşı ölkəsinə təhvil veriləcək

0

Ölkəmizdə  həbsdə olan 33 İran vətəndaşı fevralın 22-də ölkəsinə təhvil veriləcək.

 

 APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, 33 iranlı sabah Astara sərhədində İranın ədliyyə məmurlarına təhvil veriləcək və məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər. Görüşdə  M. Pak Ayin gələcəkdə daha çox iranlı məhbusun ölkəsinə təhvil verilməsini istəyib.  

 

Xəbərdə bildirilib ki, yaxın zamanda İranda həbsdə olan bir neçə Azərbaycan vətəndaşı ölkəmizə təhvil veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar