“ASAN xidmət” mərkəzi şüar müsabiqəsi elan edib
09 fevral 2013 12:34 (UTC +04:00)

“ASAN xidmət” mərkəzi şüar müsabiqəsi elan edib

0

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  “ASAN xidmət” mərkəzi şüar müsabiqəsi elan edir. Qurumdan Lent.az-a verilən məlumata görə, dövlət orqanlarında hüquqi xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi,  dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılması istiqamətində fəaliyyət göstərən “ASAN xidmət” ölkəmizdə ilk dəfə olaraq şüar seçimini  Azərbaycan vətəndaşlarına həvalə edir.

Fevral ayının 15-nə kimi davam edəcək müsabiqədə vətəndaşlar öz təkliflərini “ASAN xidmət” mərkəzinin “facebook” səhifəsinə məktub yaxud şərh (http://www.facebook.com/www.asan.gov.az), həmçinin [email protected] rəsmi  ünvanına yazmaqla bildirə bilər. 

Şüar Azərbaycan dilində olmalıdır və üç sözdən artıq olmamalıdır.

Ən maraqlı, kreativ və ASAN xidmətin fəaliyyətinə uyğun şüarla çıxış edən müsabiqə qalibi mükafatlandırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1319

Oxşar yazılar