“Çürüyən uşaqların müalicəsi burda mümkün deyil”
09 sentyabr 2013 19:18 (UTC +04:00)

“Çürüyən uşaqların müalicəsi burda mümkün deyil”

0

Bulyoz epidermoliz xəstəliyindən əziyyət çəkən, Ağdam sakinləri 14 yaşlı Akif Məmmədov və 4 yaşlı bacısı Dilarə bir həftədir Bakıdakı 3 saylı dəri-zöhrəvi dispanserində müalicə alırlar”. Bunu Lent.az-a  uşaqların əmisi Elçin Məmmədov bildirib. O, qeyd edib ki, uşaqların sağlamlıq durumunda irəliləyiş yoxdur: “Həkimlərin səylərinə baxmayaraq, uşaqların yarası sağalır, lakin sonradan yenidən əmələ gəlir”.

 

E. Məmmədovun sözlərinə görə, xəstəlik uşaqların həyatı üçün də təhlükəlidir: “Akifin 14 yaşı olmağına baxmayaraq, 6 yaşlı uşağa bənzəyir. Yəni bu xəstəlik uşaqları inkişafdan da saxlayıb”-deyə, E. Məmmədov əlavə edib. Məmmədov onu da vurğulayıb ki, uşaqların xaricdə müalicə olunması nəzərdə tutulur: “Onların burada müalicəsi mümkün deyil. Millət vəkili Qənirə Paşayevə zəng edib dedi ki, uşaqların xaricdə müalicə olunmasını təmin edəcək ”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1328

Oxşar yazılar