“Sərhədçi ” İdman Olimpiya Mərkəzində “Təhsil, texnologiya və tərəqqi ” adlı təhsil sərgisi açılıb. Lent. az-ın məlumatına görə, sərgi Bakı Şəhəri Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə baş tutub. Paytaxtın 320 məktəbinin təhsil sahəsində gördüyü işlərin hesabatı verilib. 40 bölmədən ibarət sərgidə müəllim və şagirdlərin yaradıcı işləri, milli - mənəvi irs, psixoloji xidmət və digər sahələrlə bağlı işlər, stend və layihələr təqdim olunub.
Tədbiri giriş sözü ilə açan İdarənin müdiri Nailə Rzaquliyeva bildirib ki, Heydər Əliyev hakimiyyəti dövründə ölkədə bütün sahələrlə yanaşı təhsilin inkişafına da xüsusi diqqət və qayğı göstərib: “Bu gün isə onun siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Qeyd edək ki, sərgi bu gün saat 18:00-dək davam edəcək.
“Təhsil, texnologiya və tərəqqi ” sərgisi...
0
0
0
0