Azərbaycan prezidenti İlham Əliyev “Yeni Azərbaycan” qəzeti əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Yeni Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:
Cəfərov Zahid İlham oğlu
Hümmətov Aqşin Şahin oğlu
Dövlət başçısının imzaladığı digər sərəncamla qəzetin iki əməkdaşına “Əməkdar Jurnalist” fəxri adı verilib:
Bayramov Nardar Məmməd oğlu
İsmayılov Nadir Nəbi oğlu