![[b]"Formula-1"lə bağlı əlavə marşrut xətti açıldı[/b]](https://www.lent.az/storage/news/2019/april/23/big/21957010f5acf90c373fa24d49b9e46a.jpg)
[b]"Formula-1"lə bağlı əlavə marşrut xətti açıldı[/b]
Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın cənub istiqamətində, o cümlədən də, Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadəsindəki çətinliklər aradan qaldırılıb. Bu barədə Lent.az-a
Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Verilən xəbərə görə, Lökbatan- Funikulyor (Bəhram Gur heykəli) istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib.
Bununla yanaşı, 5A xətti üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.
Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb.
Məlumat üçün bildiririk ki, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə gediş haqqı 30 qəpik müəyyən edilib. Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılanadək sərnişinlərə xidmət göstərəcək.
Oxşar yazılar

Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ
5 may 2025 , 16:47Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...
5 may 2025 , 15:27Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59