Təqdimat münasibəti ilə mağaza gözəl güllər və şamlarla bəzədilmişdi. Bu sehrli atmosferdə hər kəs markanın mütəxəssisi İrina Mişeryakovanın brend haqqında verdiyi məlumatı həvəslə dinləyirdi.
Brendin yaradıcısı Helena Rubinştein bütün həyatını gözəllik dünyasında ən yeni tendensiyalara cavab verən kosmetika və dəriyə qulluq vasitələrinin yaradılmasına həsr edib. Bu gün “Helena Rubinstein” brendinin məhsulları dünyanın lüks kateqoriyalı brendləri sırasına daxildir.
Brendin məhsulları müxtəlif yaş kateqoriyalarını əhatə edən qadınlar üçün hazırlanıb.Bu isə təəccüblü deyil, axı Rubinştein həyatının son gününə qədər kosmetik və qulluq vasitələri məhsullarının yaradılması üçün işləyib, deməli o, yaşlı qadınların da gözəl görünməsi üçün çalışıb.
Brend “Prodigy”, “Collagenist”, “Face Sculptor” kimi bir neçə yaşlanma əleyhinə (anti-aging) məhsulları ilə məşhurdur. Bu məhsullar dəri strukturunu bərpa edir, üz, boyun, əl və bütün bədən dərisinin qocalması ilə mübarizə aparırlar.
2008-ci ildə brend estetik cərrahiyə üzrə dünyanın tanınmış klinikası “Laclinic Montreux“-la əməkdaşlıq etməyə başlayır.
Bu ittifaq “Re Plasty” seriyasının yaranmasına təkan verir. “Re Plasty” - səmərəliliyi “Laclinic” prosedurunun səmərəliliyi ilə müqayisə ediləcək ilk qulluq vasitəsidir.
Təqdimat zamanı brend haqqında bunları deyən İrina Mişeryakova daha sonra brendin dəriyə qulluq vasitələri və makiyaj haqqında master-klass keçdi.
Təqdimatda iştirak edən bütün qonaqlara brenddən hədiyyələr verildi.
İndi Siz də “LOREAL” kimi böyük kosmetika ailəsinin üzvü olan “Helena Rubinstein” brendinin məhsullarını “İDEAL” parfum və kosmetika mağazalarından əldə etməklə gözəlliyinizi daim qoruya bilərsiniz.
Xatırladaq ki, “İDEAL” şirkəti mağazalarında müştərilərə dünyanın ən məşhur parfum, kosmetika və qulluq vasitələrini təqdim edir.