Yanvarın 25 –də İDEAL şirkəti müştərilərini daha bir yeniliklə sevindirdi. Bu yenilik İDEAL-ın Ağa Nemətulla 42 ünvanında yerləşən uşaq paltarları mağazasının açılışı oldu.
Bu, mağaza uşaq paltarlarının multi brendli mağazası olacaq. Burada müştərilər az yaşlı
modapərəstlər və bir az böyük uşaqlar üçün dəbli geyimlər əldə edə biləcəklər. Təklif edilən brendlər oğlan və qızları ən kiçik yaşlarından dəbə alışdıracaq və onların özünüifadəsinə və dəb tendensiyalarını izləməsinə kömək edəcəkdir.
İDEAL- kids, mağazasında müştərilərə Kenzo və CATIMINI kimi ən yaxşı dünya ticarət
markalarının istehsalı olan uşaq paltarları təqdim ediləcək .
KENZO kids brendi nəfisliyin, üslubun, unikallığın əsl sinonimidir.
KENZO, yalnız hər kəsin adını bildiyi və "yapon modelyerlərinin ən Avropalısı" adlandırdığı dahi Şərq dizayneri deyil. Bu dəbdə insanın hissiyyat ölçülərinə tam təsir edə biləcək bütün keyfiyyəti həqiqətən hiss etdirən unikal hadisədir.
Uşaq kolleksiyası böyüklərin kolleksiya evinə aid olan bir çox şeydə üslubu və dekorativ
elementləri izləyərək az yaşlı qiymətləndiricilər üçün xüsusi uyğunlaşdırılmışdır.
Aydın, xoş rəng, incə zəngin işləmə, güclə seziləcək Şərq əlamətləri dəb evinin ümumi tərzi üçün ənənəvidir.
CATIMINI - 35 illik tarixi ilə fransız uşaq brendidir. Bu brend ən yaxşı uşaq və yeniyetmə
geyiminin istehsalı üzrə şirkətlərin daxil olduğu Zannier qrupuna aiddir. Bu gün bu brendin uşaq geyimləri dünyanın 47 ölkəsində məşhurdur, Fransada və onun hüdudlarından kənarda 200-dən çox və sayı gündən-günə artan firma mağazalarında təqdim edilmişdir.
Catimini – bu uşaqların müxtəlif yaş qrupları üçün istehsal olunan geyimdir. Bu brendin
çeşidində yeni doğulmuşlar və yeriməyə yenicə başlamış körpələr üçün məmulatlar vardır.
Artıq uşaq bağçasına gedənlər üçün də kolleksiyalar buraxılır. Həmçinin məktəblilər də Catimini şirkətinin dizaynerlərinin diqqətindən kənar qalmamışlar. Beləliklə, bu brendin məhsulu bütün uşaq yaş qruplarını əhatə edir və 0-dan 16 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuşdur.
Brendin əsas üstünlüklərindən biri körpələrə və onların analarına həzz verən çoxsaylı naxışlı tikişlər və applikasiyalardır!
İDEAL uşaq malları bazarında ən yaxşılarını və ən keyfiyyətlisini diqqətlə seçir və hər zaman burada uşaqlar üçün rahat və komfortlu geyimləri əldə etməyiniz üçün çalışır.
Xatırladaq ki, İDEAL mağazalar şəbəkəsi 1999-cu ildə yaradılmışdır. Hal – hazırda Azərbaycanın 2 şəhərində (Bakı, Sumqayıt) 15-dən artıq mağazası ilə fəaliyyət göstərir.
Əlavə məlumat üçün:
Sayt: www.ideal.az