Ali Məhkəmə yol qəzaları ilə bağlı işlərə başladı
14 yanvar 2013 16:16 (UTC +04:00)

Ali Məhkəmə yol qəzaları ilə bağlı işlərə başladı

0

Azərbaycan Ali Məhkəməsi yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsinin ümumiləşdirməsinə başlayıb. Lent.az-ın “lawreform.az” saytına istinadən verdiyi məlumata görə, Ali Məhkəmədən prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn məsələləri araşdırır. Ali Məhkəməyə bu sahədə məhkəmə təcrübəsinin ümumiləşdirməsi və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılması tapşırılıb. 


Ümumiləşdirmə birinci instansiya məhkəmələri tərəfindən ötən il ərzində yol-nəqliyyat hadisələrinə dair işlərlə bağlı qəbul edilmiş qərarları əhatə edəcək.
 

Ümumiləşdirmənin bu ilin mayına qədər yekunlaşdırılıb Ali Məhkəmənin Plenumunun iclasına çıxarılması nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1081

Oxşar yazılar