Avropa Sosial Xartiyası ilə bağlı protokolun ratifikasiyası məsələsi müzakirə olunub
09 iyul 2013 12:13 (UTC +04:00)

Avropa Sosial Xartiyası ilə bağlı protokolun ratifikasiyası məsələsi müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Sosial Xartiyasının kollektiv şikayətlər sistemini təmin edən əlavə protokolunun ratifikasiyası məsələsinin müzakirəsi məqsədilə seminar keçirilib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Avropa Şurasının Avropa Sosial Xartiyası və Avropa Sosial Təminat Məcəlləsi Departamenti ilə birgə təşkil olunan seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
 

Seminarı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov bildirib ki, tədbirin keçirilməsində məqsəd Avropa Sosial Xartiyası ilə bağlı kollektiv şikayətlər sistemini təmin edən əlavə protokolun ratifikasiyasını təşviq etmək, həmçinin Xartiyanın Azərbaycanda tətbiqi sahəsində də mövcud uyğunsuzluqları müzakirə etməkdir.

# 555

Oxşar yazılar