
Avtomobil qaz xəttini zədələdi: abonentlər qazsız qaldı
Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb.
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, dünən gecə saatlarında “Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.
Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.
Oxşar yazılar

Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02
Uğur və sərvət gətirən dörd doğum tarixi: Siyahıdasınızmı?
17 avqust 2025 , 19:59
Bəylə gəlin pul qarşılığında yad adamları toylarına dəvət edirlər: yeni trend
17 avqust 2025 , 18:41
Avqust 4 BÜRCƏ çoxlu pul gətirəcək
17 avqust 2025 , 18:10
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
17 avqust 2025 , 17:55
Mağazada qarşınızda əsl deyil, saxta kərə yağı olduğunu göstərən iki əlamət
17 avqust 2025 , 16:06
Microsoft işçilərinə nə qədər maaş verir? – Məbləğ hamını TƏƏCCÜBLƏNDİRƏCƏK
17 avqust 2025 , 14:33