Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib
25 fevral 2014 12:14 (UTC +04:00)

Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

0

Gənclər və İdman naziri Azad Rəhimov Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, 40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.

 

20-yə yaxın müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi və digər mövzularla bağlı olub.

 

20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.

 

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 639

Oxşar yazılar