Azərbaycan Əfqanıstanda zavod açdı
15 avqust 2013 11:11 (UTC +04:00)

Azərbaycan Əfqanıstanda zavod açdı

0

Azərbaycanlı sərmayədarın vəsaiti hesabına Məzari-Şərifdə neft emalı zavodu fəaliyyətə başlayıb


Azərbaycan Əfqanıstana sərmayə yatırımını genişləndirməyə hazırdır.

 

APA-nın “Ariananews” agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib. 

 

O qeyd edib ki, azərbaycanlı sərmayədarlar son bel ildə Əfqanıstan iqtisadiyyatına sərmayə yatırıblar: “Beş il əvvəl azərbaycanlı sərmayəçi öz əfqan tərəfdaşı ilə Əfqanıstanda neft hasilatı sahəsinə 30 milyon dollar yatırıb. Biz yaxın gələcəkdə Əfqanıstanın müxtəlif sektorlarına 1-2 milyard dollar sərmayə yatırmağa hazırıq”.

 

Qeyd edək ki, Məzari-Şərifdə Əfqanıstan və Azərbaycan sərmayəsi hesabına neft emalı zavodu fəaliyyət başlayıb. Hazırda bu zavod gündə 500 ton xam neft emal edir, onun istehsal gücünü gündə 1500 tona çatdırmaq planlaşdırılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1344

Oxşar yazılar