Ermənilərin XX əsrin əvvəllərində Azərbaycanda soyqırımı törətmələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün daha bir addım atılıb. Lent .az-ın məlumatına görə, bundan sonra Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin “müqəddəs torpaqlar guşəsi”ndə Azərbaycan torpağı da nümayiş etdiriləcək. Muzeyə göndərilən torpaq Quba kütləvi məzarlığından götürülüb. Muzeydə dünyanın müxtəlif yerlərindəki şəhid məzarlıqlarından götürülən torpaq nümunələri saxlanılır.
Torpaq nümunəsi ilə yanaşı muzeyə ötən əsrin əvvəllərində Qubada baş verən soyqırımla bağlı ətraflı məlumat da göndərilib.
Qeyd edək ki, Quba məzarlığı 2007-ci ilin aprelində aşkarlanıb. Məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində ermənilərin vəhşicəsinə öldürdükləri yerli sakinlərdir.