Azərbaycanda KİV-in sayı 4700-ü keçib
05 fevral 2013 18:15 (UTC +04:00)

Azərbaycanda KİV-in sayı 4700-ü keçib

0

Ədliyyə Nazirliyində 2012-ci ilin yekunları müzakirə olunub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş nazirliyin geniş kollegiya iclası keçirilib. Bildirilib ki, keçən il Ədliyyə Nazirliyi tərəfindən 2011-ci illə müqayisədə 2 dəfə çox - 721 normativ hüquqi aktın layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2500-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə yaxın əməliyyat aparılıb. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam edib, 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 182 mətbu nəşr uçota götürülüb. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3800-ü, KİV-lərin sayı isə 4700-ü ötüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar