Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi tikiləcək
19 aprel 2013 18:28 (UTC +04:00)

Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi tikiləcək

0

Prezident İlham Əliyev  Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,  Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 851

Oxşar yazılar