“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" qanununda dəyişikliklər müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən şəxsiyyəti təsdiq edən sənədlər sırasına pasport və şəxsiyyət vəsiqəsi ilə bərabər fərdi identifikasiya kartı da daxil edilib.
Qanun layihəsi qəbul edilib.