Bakıda fənn olimpiadası keçiriləcək
10 yanvar 2014 13:19 (UTC +04:00)

Bakıda fənn olimpiadası keçiriləcək

0

Yanvarın 12-də Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turu keçiriləcək. Bu barədə Lent.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Şəhər mərhələsinin II turunda 15 dekabr tarixində Bakı şəhərinin məktəbləri arasında keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcək. Fənn olimpiadalarının şəhər mərhələsinin II turu IX - XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə təşkil olunacaq.

“Məktəblilərin fənn olimpiadaları haqqında qaydalar”a uyğun olaraq Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turunun keçirilməsi barədə müvafiq əmr verilib və yarışın yüksək səviyyədə keçirilməsini təşkil etmək üçün Təşkilat Komitəsi yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1016

Oxşar yazılar