
Bakıda ictimai çimərliklər yaradılır - SİYAHI
Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.
Xatırladaq ki, BŞİH çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması ilə bağlı məlumat yaymışdı.
Həmçinin müxtəlif çimərliklərdə reyd keçirilərək, orada olan qapılar, şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülmüş, eyni zamanda, sahibkarlara xəbərdarlıq edilmişdi ki, çimərlik ərazilərinə giriş pulsuzdur və əhalidən yalnız xidmətə görə pul almaq olar.
Bundan başqa məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.
Oxşar yazılar

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15
36 mindən çox narkomaniya xəstəsinin yetərincə həkimi yoxdur – RƏQƏMLƏR AÇIQLANDI
7 may 2025 , 10:34
Pensiya alanlara ŞAD XƏBƏR - Pullar bu tarixdə veriləcək
7 may 2025 , 10:23Hacıqabulu su basdı - VİDEO
7 may 2025 , 10:05
Kommunal xidmətlə bağlı abonent dəyişdiyi zaman pul ödənilir? – CAVAB
7 may 2025 , 09:50
Mayda Azərbaycana qar yağdı - GÜNÜN HAVASI
7 may 2025 , 09:41