Bakıda Türkiyə universitetlərinin növbəti təhsil sərgisi keçiriləcək
22 aprel 2013 10:43 (UTC +04:00)

Bakıda Türkiyə universitetlərinin növbəti təhsil sərgisi keçiriləcək

0

Türkiyənin dövlət və özəl universitetləri, yataqxanaları, kolleclərinin iştirakı ilə 27-28 aprel  tarixlərində Bakıda təhsil sərgisi təşkil olunacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, sərgidə Bahçeşehir Universiteti, Aydın Universiteti, Atatürk Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Akdeniz Universiteti və digər ali təhsil ocaqları təmsil olunacaq.

 

Türkiyə təhsil ocaqlarının qatılacağı sərgidə 30-dan artıq qurum iştirak edəcək. “Hilton” otelində keçiriləcək sərgiyə giriş ödənişsizdir. Sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.


Qeyd edək ki, “Akademi Group” şirkəti tərəfindən təşkil olunacaq sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1139

Oxşar yazılar