Bakıda yekun sərgi oldu
25 yanvar 2013 17:55 (UTC +04:00)

Bakıda yekun sərgi oldu

0

Muzey Mərkəzində II Respublika Dekorativ-tətbiqi sənət Festivalının yekun sərgisinin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, bu sərgidə regional mərkəzlərdə keçirilən sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub.

 

Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu il Azərbaycanda mədəniyyətə bağlı geniş tədbirlər keçiriləcək. Onun sözlərinə görə, bu tədbirlər ölkə daxilində, istərsə də xaricdə təşkil ediləcək. Daha sonra sərginin əhəmiyyətindən söz açan nazir müavini bildirib ki, 3 il bundan öncə keçirilən sərgi hər kəsdə maraq yaradıb: “Festival Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə keçirilib”.

 

Festival zamanı dekorativ-tətbiqi sənət əsərləri: xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) nümayiş etdirilib.


Festivala hazırlıq işləri 2012-ci ilin fevral ayında başlanıb. İlk mərhələdə Gəncə şəhərində bölgənin 14, Lənkəranda bölgənin 12, Şəkidə bölgənin 12, Xaçmazda bölgənin 8 rayonun, xalq sənətkarlarının iştirakı ilə regional sərgilər təşkil olunub.  Bundan əlavə Bakı şəhəri üzrə də xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi keçirilib.


Respublikanın bütün şəhər və rayonlarını əhatə edən festivalın yekun sərgisinin bağlanışından sonra nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.

 

Sərgi yanvarın 29-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1110

Oxşar yazılar