Bakı şəhərinin Binəqədi rayonunda 179 saylı orta məktəbin qarşısında yeni piyada keçidinin tikintisinə başlanılıb. Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-dən Lent.az-a verilən məlumata görə, yeni keçidin qapalı boyu 52,4 metr, eni 4,5 metr, hündürlüyü isə 3,3 metr olacaq. Ərazidə mühəndis kommunikasiya qurğuları – rabitə və su xətləri yerləşdiyi üçün aidiyyəti qurumlara müraciət olunub.
Artıq 35 metr məsafədə qazıntı işləri həyata keçirilib. Yaxın günlərdə beton işlərinə start veriləcək. Tikinti işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulub.