Bakının mərkəzində yeni piyada keçidi tikiləcək
28 mart 2014 12:41 (UTC +04:00)

Bakının mərkəzində yeni piyada keçidi tikiləcək

0

Yaxın vaxtlarda Bakı şəhərinin Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında) yeni piyada keçidinin inşasına başlanacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, ərazi artıq çəpərlənib və yaxın 1-2 gün ərzində qazıntı işlərinə başlanılacaq. Həmçinin, ərazidən kommunikasiya xətlərinin köçürülməsinə isə artıq başlanılıb

.

 

P.Mürsəliyev bildirib ki, piyada keçidinin uzunluğu 120 metr, eni 6 metr, hündürlüyü isə 3 metr olacaq. Keçiddə hərəsi bir çıxışda olmaqla iki eskalator da quraşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar