Baxımsız uşaqlara sığınacaq veriləcək
27 fevral 2013 16:31 (UTC +04:00)

Baxımsız uşaqlara sığınacaq veriləcək

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum uşaqlar üçün  Sabunçu rayonunun Zabrat qəsəbəsində Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirir. Bu barədə Lent .az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

“Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzin yaradılması planlaşdırılır.

Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə,  təhsil almalarına, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 657

Oxşar yazılar